İki Olimpiada mükafatçısında dopinq aşkarlandı - Medalları alınacaq
10:37 11.01.2020
İdman
576
London Olimpiadasında medal qazanış Rumıniyanın iki ağırlıqqaldırma üzrə atletinin təkrar dopinq test nümunələri müsbət çıxıb. Oxu.Az xəbər verir ki, onlarda qadağan olunmuş anabolik steroid aşkar edilib.
69 kq çəki dərəcəsində 2012-ci il Olimpiadasında bürünc medal qazanmış Rızvan Martin və həmin çəkidə qadınlarda gümüş mükafatçı Roksana Kokoşun medalları əlindən alınacaq. Maraqlıdır ki, Kokoşun çəkisində üçüncü və dördüncü yeri tutmuş Belarus və Ermənistan idmançıları da gümüş medala yiyələnə bilməyəcək.
Çünki onlar da dopinqə düşüb. Bu səbəbdən səkkiz il sonra Qazaxıstandan Anna Nurmuxambetovaya gümüş, Kolumbiyadan Ubaldina Valoyesə bürünc medal təqdim olunacaq.
Bununla da Pekin-2008 və London-2012 Olimpiadalarında çıxış etmiş idmançılardan dopinq testi müsbət çıxmış idmançıların sayı 59-a çatıb. Rumıniyadan daha əvvəl Florin Kroytoruda London-2012-nin iştirakçısı kimi dopinq testi müsbət çıxıb.
Pekin və London Olimpiadalarında dopinq testlərinin sayı üç və daha artıq müsbət çıxan ölkələr bir illik qadağa ilə qarşılaşır və cərimə ödəməyə (500 min avro) məhkum edilir. Çin, Türkiyə, Ukrayna, Ermənistan, Belarus, Moldova, Azərbaycan, Rusiya və Qazaxıstan 2017-2018-ci illərdə artıq cəzasını başa vurub.
Qazaxıstan, Rusiya, Azərbaycan, Ermənistan və Belarus artıq bu Pekin-2008-dən sonra 20 və bundan çox dopinq pozuntusuna yol vermiş ölkədir. Ona görə də bu ölkələr Tokio Olimpiadasında maksimum iki ağırlıqqaldıranla təmsil oluna bilər. 10-19 pozitiv testi çıxan ölkələr isə dörd atlet göndərmək səlahiyyətinə malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual