İlham Əliyev "Qarabağ"ı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında "Qarabağ" futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

 Sherg.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!.

"Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!".