Mafiya ilə əlaqə italiyalı futbolçuya baha başa gəldi
18:13 13.01.2020
İdman
706
“Yuventus”, “Fiorentina” və “Palermo”nun keçmiş futbolçusu Fabrisio Mikkolinin şikayətini məhkəmə qəbul etmədi. Bu barədə Vesti.ru xəbər verib.
Bildirilir ki, futbolçu təsadüfən “Koza Nostra” Siciliya mafiyasının rəhbərlərindən olan Ninonun oğlu Mauro Lauriçella ilə dostlaşıb. Bir müddət sonra o, Lauriçellaya bildirir ki, bir tanışı 12 min avro (22 min 800 AZN) borcunu qaytarmır.
Mafiya rəhbərinin oğlu hesablaşmaq üçün futbolçuya kömək edəcəyini deyir.
Ancaq Mikkoliniyə borclu olan “Palermo”nun fizioterapevti Corcio Qasparini 12 min avro əvəzinə 20 min avro (38 min AZN) qaytarmalı olur. Pulun 40%-i mafiya üçün “zəhməthaqqı” olur.
Məhkəmədə futbolçu, Mauro ilə tanışlığını gizlətməyib, lakin onun valideynləri barədə məlumatsız olduğunu deyib.
Məhkəmə borcluya təzyiq metodlarını çox sərt hesab etdiyi üçün Lauriçellaya yeddi il həbs cəzası verib. Mikkoli isə 3,5 illə canını qurtarıb. 2017-ci ilin oktyabrında qəbul edilmiş hökmə 2020-ci ildə yenidən baxılıb, amma futbolçunun müraciəti rədd edilib və ilkin hökm qüvvədə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region