Son xəbərlər

Makqreqor antidopinqə görə 18 ay müddətinə idmandan uzaqlaşdırıldı

Ultimate Fighting Championship (UFC) döyüşçüsü Konor Makqreqor antidopinq siyasətini pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Teleqraf xəbər verir ki, 2024-cü ildə Makqreqor üç dəfə antidopinq qaydalarını pozub.

O, 2024-cü ildə üç dopinq testindən yayınıb. 37 yaşlı Makqreqorun testlərdən keçməməsi və olduğu yeri gizlətməsi UFC-nin antidopinq proqramını pozması kimi qəbul edilir.