"Marsel"in prezidenti "Qarabağ"la oyundan öncə baş məşqçiyə xəbərdarlıq edib
Yusif Nəzərli
19:18 24.02.2022
İdman
839
Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoria Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə komandanın baş məşqçisi Xorxe Sampaoliyə xəbərdarlıq edib.
"Report"un məlumatına görə, ispaniyalı funksioner "La Figaro" nəşrinə müsahibəsində bugünkü qarşılaşmanın əhəmiyyətinə toxunub.
O, mövsümün sonunda titullar qazanmaq istədiklərini bildirib: "Ən əsası klubu sabitləşdirməkdir. Bu isə avrokuboklara və ümumilikdə Çempionlar Liqasına davamlı vəsiqə tələb edir. Futbolda əsas pul Avropa yarışlarındadır. Biz kuboklar əldə etmək istəyirik. Bu klubun DNT-sində var. Ona görə də mövsümün sonunda titul qazanmaq vacibdir".
Fransa mətbuatı hesab edir ki, Lonqorianın bu açıqlaması Sampaoli və komandasına təzyiq etməyin yollarından biridir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm