Messini hər addımında qorudu, 3 ilə milyonçu oldu

Maaşı əksər futbolçudan çoxdur
 Dünyaca məşhur futbolçu Lionel Messinin mühafizəçisi Yassine Cheukonun qazancı bəlli olub.
Sherg.az xəbər verir ki, MLS komandası “Inter Miami”də karyerasını davam etdirən Messi 3 il əvvəl mühafizəçisi Yassine Cheuko ilə görüntülənmişdi. Əlcəzairli keçmiş kikboksçu olan Cheuko, ulduz futbolçunun hər addımını izləyir, stadion daxilində belə onu qoruyur.
“AS”-nin xəbərinə görə, Cheukonun şəxsi evi və avtomobili var. Bundan əlavə, ona limitsiz xərcləmə icazəsi də verilib. Onun illik qazancı isə bir çox futbolçudan çoxdur  -  mühafizəçi olaraq ildə 3 milyon 500 min avro qazanır. Həftədə 3 gün istirahət etdiyi də bildirilir.
3 il ərzində milyonçu olan Əlcəzairli mühafizəçiyə MLS tərəfindən qadağa da qoyulmuşdu. Meydana girən azarkeşlərə sərt müdaxilələri və səlahiyyət sahəsi xaricindəki davranışları səbəbindən Cheukonun stadionlara girişinə icazə verilməmişdi.