“Neftçi”nin futbolçusu pasportunu itirib: Türkiyəyə gedə bilmədi
06:48 14.01.2020
İdman
754
Yanvarın 11-dən Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” iki legioneri olmadan hazırlıq keçir. Oxu.Az xəbər verir ki, bunlar hücumameyilli cinah oyunçuları – braziliyalı Dario Frederiko da Silva ilə fransalı Stiven Jozef-Monrozdur.
Hər iki futbolçunun düşərgəyə hələ də qoşulmayıb. Məsələyə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev aydınlıq gətirib:
“Darionun meneceri onun İsraildən təklifinin olduğunu bildirib. Bu üzdən o, komanda ilə Türkiyəyə getməyərək Bakıda qalıb. Məşqçilər heyəti buna razılıq verib. Hazırda onun İsrail klubuna icarəsi nəzərdə tutulub (onun “Neftçi” ilə müqaviləsi 2021-ci ilin yayınadəkdir – S.M.). Bu yöndə icarə müqaviləsi hazırlanır. Menecerinə vaxt verilib. Bəlli müddətdə bu məsələ həll olunmasa, Dario komandaya qoşulacaq.
Jozef-Monroz isə istirahətdə olduğu müddətdə pasportunu itirib. Yeni pasport almaq üçün sənədlərini gec verib. Bu səbəbdən düşərgəyə qoşula bilməyib. Amma artıq məlumatımız var ki, pasportunu götürüb sabah axşam Antalyaya gələcək”.
Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsi dövründə İbrahim Əliyev, Mirabdulla Abbasov kimi yetirmələrini heyətinə qaytarıb, Dario Frederiko da Silvanın yerinə cənubi azərbaycanlı Saman Nəriman Cahanı transfer edib. Həmçinin, hücumçu Rauf Əliyevlə müqaviləyə birtərəfli, ukraynalı mərkəz müdafiəçisi Kirill Petrovla isə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qardaş ölkədəki hazırlıq prosesində üç yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i Polşanın LKS, 20-si Ukraynanın “Dinamo” və 24-də “Desna” klubları ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya