"Neftçi"nin prezidenti: "Bizə lazım olan hücumçunu tapmamışıq"
13:16 18.08.2021
İdman
540
"Biz 40-a yaxın veterana müavinat ödəyirik. Mən hesab edirəm ki, bu, bizim mənəvi borcumuzdur. Həmin 40 nəfərdən cəmi 3 və ya 4-ü bizi çempionluq münasibəti ilə təbrik etdi".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.
Funksioner həmin şəxslərdən birinin dünyasını dəyişmiş Səmədağa Şıxlarov olduğunu bildirib: "Amma "Neftçi"nin axsamağını gözləyirlər. Komanda "Olimpiakos" kimi rəqibə qarşı bərabər futbol oynadı. Neçəsi çıxıb təriflədi? Mənə - klub rəhbəri Kamran Quliyevə bu, lazım deyil. Futbolçulara lazımdır. İctimaiyyət eşitməlidir ki, çətin gündə "Neftçi"nin arxasında kimlər var".
Quliyev "Türk Hava Yolları Futbol Mərkəzi"ndəki əsas binanın fasad işlərinin tamamlandığını sözlərinə əlavə edib: "Sadəcə, binanın içində olan işlər qalıb. Biz hər qəpiyə, dövlətin ayırdığı hər vəsaitə lazım olanda qənaət edirik, lazım olanda xərcləyirik. Bütün bunlar planlaşdırılmış, təsdiqlənmiş şəkildə olur və sonra hər şeyin hesabatını veririk. Biz həmişə sağlam tənqidə razıyıq. Sadəcə, ictimaiyyət hər şeyi faktlarla bilməlidir. Transfer məsələlərini də həmçinin. Biz bu il daha çox vəsait ayırmışıq".
Funksioner bəzi transferlərin gecikməsinin səbəbini də açıqlayıb: "Hamı deyir ki, "Neftçi" hücumçusuz oynayır. Hücumçunun bu günə kimi gəlməməyi... Mən heç vaxt o biri klubları misal kimi gətirmək istəmirəm. Amma baxın görək digər klublardan neçəsi hücumçu gətirib. Azərbaycana keyfiyyətli futbolçu gətirmək gündən-günə çətinləşir. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Daha əvvəl ölkədə futbola daha çox vəsaitlər ayrılırdı. Biz avrokuboklardan gələn vəsaiti komandanın ixtiyarına vermişik. Bu günə kimi hücumçu və başqa mövqeyə futbolçu gəlməyibsə, inanın ki, deməli hələ lazım olanı tapmamışıq. Seleksiya şöbəsi 200-dən çox oyunçuya baxıb. Bəzən transferlərin reallaşmamasında əsas səbəb kimi Kamran Quliyev göstərilir. Mən özüm haqqında o qədər şayiələr, dedi-qodular eşitmişəm. Bunlara fikir vermirik. Narahatlığı olan insanları başa düşmək olar. Bu, normal şeydir. Dedi-qodular da onları ciddiyə alıb, oxuyanlar üçündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya