Peşəkar hakimlərimizin maaşları bəlli oldu
11:28 30.08.2021
İdman
495
Azərbaycanın 25 futbol hakiminin maaşı açıqlanıb.
Oxu.Az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin 2021-ci il avqustun 19-da keçirilmiş iclasında 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər üçün “Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul edib.
Bu qərara əsasən, Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.
Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq. Həmin referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (qross), referi köməkçilərinə isə 700 AZN (qross) məvacib ödəniləcək.
Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar. Həmin hakimlər digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.
Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.
Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunacaq. Zərurət olacağı təqdirdə AFFA prezidenti və/və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.
Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.
Qeyd edək ki, 10 referi üçün aylıq 10 min və 15 laynsmana 10 500 manat pul ayrılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir
15:13 21.10.2026
Dünya
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə