“Qarabağ” ÇL-də ev matçlarını hansı arenada oynayacaq? - AÇIQLAMA
23:12 27.08.2025
İdman
399
“Çox gərgin, maraqlı oyun izlədik. Ümumi nəticədə qələbə qazanmağımız və ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etməyimiz hamımızı sevindirir”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş direktoru Emrah Çelikel Ağdam klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını şərh edərkən deyib.
Pley-off mərhələsində “Ferensvaroş”a qarşı keçirilən cavab matçından sonra jurnalistlərin suallarını cavablandıran E.Çelikel klub prezidenti Tahir Gözelin 90 dəqiqə boyu komanda ilə maraqlandığını bildirib: “Elə bilin ki, Tahir bəy buradadır. Hər dəqiqə onunla telefon əlaqəsi saxlayırdıq. Çox vacib işgüzar səfərlə bağlı ölkə xaricindədir. Amma hər an komanda ilə maraqlanırdı”.
“Hər kəsin Avropada sevdiyi bir klub var. Sizin belə bir klubunuz varmı və həmin komandanı ÇL-in Liqa mərhələsində rəqib kimi görmək istərdiniz?” sualını Ağdam klubunun rəsmisi belə cavablandırıb: “Sevdiyim klub “Qarabağ”dır və o da Liqa mərhələsindədir”.
“Qarabağ”ın əsas heyəti ilə ilə yanaşı, U-19 komandası ÇL-in əsas mərhələsində mübarizə aparacaq. E.Çelikel artıq həmin komanda ilə bağlı planların hazır olduğunu söyləyib: “Bu oyunun nəticəsini gözləyirdik. Artıq sabahdan işlərimizi sürətləndirəcəyik”,
O, “Qarabağ”ın Liqa mərhələsindəki ev oyunlarını “Tofiq Bəhramov”da, yoxsa Bakı Olimpiya Stadionunda keçirəcəyinə belə aydınlıq gətirib: “Hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin çox güman ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağıq”.
“Qarabağ”ın baş direktoru sonda yeni transferlə bağlı işlərin nə yerdə olduğunu açıqlayıb: “Transfer çalışmalarımız hər zaman davam edir. Bu gün də həmçinin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət