“Qarabağ” İspaniyadan hücumçu transfer edir
08:50 20.01.2020
İdman
821
“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. İspaniyanın Eldiadecordoba.es saytı xəbər verir ki, “Qarabağ” La Liqa klubuna məxsus olan “Leqanes”in qanalı futbolçusu Ovusu Kvabena ilə anlaşıb.
İcarə əsasında II divizion klubu “Kordoba”da çıxış edən 22 yaşlı forvard sonuncu dəfə dünən “Vilyarubia” ilə 1:1 başa çatan görüşdə oynayıb.
Ölkəsində “Akkra” klubunun yetirməsi olan qanalı forvard legioner kimi ancaq İspaniyada çalışıb. 2016/2017 mövsümündə “Toledo”da səkkiz qol vuraraq özünü göstərib. O, 2017-ci ilin avqustun 23-də “Leqanes”lə beş illik müqavilə bağlayıb.
Lakin o, bu klubla La Liqada oynaya bilməyib. Belə ki, müqavilə bağladıqdan səkkiz gün sonra “Ovyedo”, “Kartaxena” və “Salamanka” klublarına icarəyə verilib.
Ovusu cari mövsüm “Kordoba”da səkkiz qol vurub. Ötən il isə üç dəfə Qana millisində çıxış edib. O, Qana millisinin ötən yay keçirilmiş Afrika Millətlər Kubokundakı iştirak ərizəsində də yer alıb.
Qeyd edək ki, Ovusu Kvabena, əslində, mövsümün sonunadək “Kordoba”ya icarəyə verilsə də, futbolçu özü də yüksək liqada oynamaqda maraqlıdır. 2022-ci ilədək “Leqanes”lə müqaviləsi olan oyunçunun icarəyə verilməsi də mümkündür.
Onu da bildirək ki, “Qarabağ” yayda transfer etdiyi fransalı hücumçu Maqay Qüeyin çıxışından narazıdır. Seneqal əsilli futbolçu cari mövsüm Premyer Liqada dörd, avrokuboklarda üç qol vurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region