"Qəbələ"dən yeni transfer - Rəsmi

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisisi  “Turan Tovuz”dan icarəyə götürülüb. O,  mövsümün sonunadək "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq. 

Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib. 

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.