"Qətiyyən özümüzü rəqibdən üstün hesab etmirik" - Qurban Qurbanov
21:43 19.08.2025
İdman
265
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun olmağına baxmayaraq, bu qədər azarkeş önündə sona qədər dözdülər, qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanda “Ferensvaroş”la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
3:1 hesablı qələbəni şərh edən təcrübəli mütəxəssis qeyd edib ki, bu nəticə onları aldatmamalıdır: “Bizi burda dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkür edirəm. Rəqib azarkeşlərə də təşəkkür edirəm. Çünki stadionda çox gözəl ab-hava var idi.
Hesab bizi aldatmalı deyil. Bakıdakı görüşdə daha ciddi və diqqətli olmalıyıq. Rəqibin heç nədən qol vurmaq qabliyyəti var. Hər halda cavab matçında maksimum ciddi olacağıq”.
Q.Qurbanov buraxdıqları ilk qolun onları həvəsdən salmadığını vurğulayıb: “Səfər matçında qol buraxanda komandada bir az həyəcan çoxalır. Qoldan sonra 10-15 dəqiqə üzərimizdə təzyiq çoxaldı. Amma getdikcə özümüzü ələ almağı bacardıq. İkinci hissədə daha da riskə getdik. Çünki məğlub olurduq. İstəməzdik ki, qol buraxaq. Amma mənim əsas tələbim qol vurmaqdır”.
Q.Qurbanov 3:1 hesablı səfər qələbəsinin onlarda arxayınlıq yaratmayacağını bildirib:“Qətiyyən özümüzü üstün hiss etmirik. Çünki bu, Çempionlar Liqasıdır. Qarşımızda çox ciddi rəqib, istəkli, məğlub olmağı istəməyən bir baş məşqçi var. Rəqibin oyun üslubu elədir ki, istənilən standart vəziyyətdə, istənilən hücumda qol vurmaq qabliyyəti olan hücumçuları var. Biz Bakıdakı oyundan daha da ciddi olmalı, arxayınlaşmalı deyilik. Biz bu gün bu qələbəni bayram etməli deyilik”.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya