"Real"da 100-cü oyununu keçirdi

“Real” İspaniya La Liqasında 2021/2022 mövsümünün ilk turunda “Alaves”lə qarşılaşıb.

Qol.az xəbər verir ki, bu matç Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua üçün əlamətdar olub. “Alaves”lə görüş (4:1) belçikalı qapıçının “Real”dakı 100-cü oyunu olub.

Qeyd eedək ki, Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir.