Renat Dadaşov İngiltərə klubunda iki qol vurdu
10:42 15.01.2020
İdman
818
Azərbaycan millisinin üzvü Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunda ikinci oyununa çıxıb. Oxu.Az xəbər verir ki, Dadaşovun formasını geyindiyi “Vulverhempton”un 23 yaşadək komandası (U-23) Birminqem Senior Kuboku çərçivəsində səfərdə “Tivideyl” klubu ilə qarşılaşıb.
Görüş “Vulverhempton”un 6:0 hesablı qələbəsiylə başa çatıb. Oyuna start heyətdə çıxan Dadaşov iki qol vurub. O, 31 və 55-ci dəqiqələrdə fərqlənib.
Bununla da “Vulverhempton” 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi “Leminqton” komandası olacaq.
Qeyd edək ki, Renat Dadaşov beş gün əvvəl Premyer Liqa 2-də “Bləkbörn Rovers”lə görüşdə start heyətdə meydanda olmuşdu. Həmin matçda “canavarlar”ın U-23 komandası qonaq komandaya 0:1 hesabı ilə uduzmuşdu.
Hazırda çempionatda 11 xalla sondan ikinci – XI sırada olan “Vulverhempton”un gənc komandası yanvarın 20-də Premyer Liqa Kubokunda “Derbi Kaunti” ilə qarşılaşacaq. Qalib komanda bu turnirin qrup mərhələsində liderliyə yüksələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region