Rusiyalı idmançı millimizdən qovuldu
06:25 18.01.2020
İdman
698
Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb. Oxu.Az-ın xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib.
Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir ki, rusiyalı legionerimiz bu il heç bir turnirdə yarışa bilməyəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib:
“O, bizdən maaş almır. Çünki dopinqə düşüb cəzalandırıldıqdan sonra yarışmır. Əgər yarışmırsa, ona niyə əlavə maaş verməliyik? Pozdnyakovun milliyə qayıtması söhbəti isə, ümumiyyətlə, müzakirə olunmur. Bu məsələ bizim üçün çoxdan bağlanıb. Yalnız cəzası başa çatdıqdan onun məsələsinə baxıla bilər”.
Xatırladaq ki, iki gün sonra 31 yaşını qeyd edəcək Kirill Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Synergy” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region