Şenol Güneş: "Neftçi" texnikalı və yaxşı komandadır"
15:52 07.08.2023
İdman
746
"Neftçi" texnikalı və yaxşı komandadır".
"Report"un məlumatına görə, bunu Türkiyə "Beşiktaş"ının baş məşqçisi Şenol Güneş "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
71 yaşlı mütəxəssis bildirib ki, bu qarşılaşmalar hər iki komanda üçün faydalı olacaq: "Rənglərimiz də eynidir. Rəqibin gözəl stadionu var. Onlar bizə, biz də onlara yad deyilik. Mərhələni keçmək istəyirik. Komandamı buna uyğun hazırlayıram".
Yeni transfer Ante Rebiç Bakı klubuna qarşı oynamaq şanslarını da dəyərləndirən təcrübəli çalışdırıcı xorvatiyalı hücumameyilli yarımmüdafiəçiyə şans verə biləcəyini istisna etməyib: "Fərdi məşqlərdə özünü yaxşı tərəfdən göstərdi. Komanda ilə hazırlıq keçmədiyi üçün müəyyən çatışmazlıqları var. Artıq bizimlə məşlərə başlayıb. Güc baxımından axsayırdı. Oynamağa tam hazır deyil. "Neftçi" ilə görüşdə meydana sonradan daxil olması daha düzgün olar. Amma onunla bağlı qərarımı iki gündən sonra verəcəyəm. Çünki çox çalışır".
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da baş tutacaq. "Neftçi Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Cavab görüşü isə avqustun 17-də İstanbulda keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya