Sergen Yalçının ilk transferi: Lionel Messinin komanda yoldaşını gətirir

Bir müddət əvvəl “Antalyaspor”la müqavilə imzalayan baş məşqçi Sergen Yalçın argentinalı ulduzun komanda yoldaşını “İnter Mayami”dən istəyir. 

Rəhbərlik "Antalyaspor"da vəzifəyə gəldikdən sonra müdafiə xəttini gücləndirmək istəyən baş məşqçi Sergen Yalçının hesabatı istiqamətində transfer çalışmalarını davam etdirir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki,  “Qırmızı-ağlar”ın   rəhbərliyi ABŞ Futbol Liqası (MLS) komandalarından biri olan “İnter Mayami”də çıxış edən argentinalı futbolçu Lionel Messinin komanda yoldaşı Kristofer Makveyi heyətinə qatmaq üçün danışıqlara başlayıb. Karyerasını Avropada davam etdirmək istəyən isveçli müdafiəçinin də "Antalyaspor"un təklifini müsbət qarşıladığı öyrənilib.
Mərkəz müdafiəçi mövqeyindən başqa müdafiənin sağ, sol cinah və sağ mərkəz müdafiə bölgələrində də oynaya bilən Kristofer Makveyin də "Konyaspor", "MKE Ankaragücü" və klublarının transfer siyahısında olduğu bildirilib.  ABŞ Futbol Liqasının (MLS) komandalarından olan "İnter Mayami" ilə 1 illik müqaviləsi olan isveçli müdafiəçi bu mövsüm 23 matçda meydana çıxıb.