Tanınmış basketbolçumuz həbs olundu - FOTO
16:48 01.02.2020
İdman
929
Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev həbs olunub. “Gəncə” basketbol klubunun üzvü futbol üzrə Azərbaycan çempionatının (böyük ehtimalla, I divizion – S.M.) oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub. O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
Onun həbs olunması barədə xəbəri “Futbol+” xəbəri yayıb.
Azərbaycan Basketbol Federasiyası Oxu.Az-a bu xəbəri təsdiqləyib.
Federasiyadan bildirilib ki, 30 yaşlı basketbolçu 1-2 aydır həbs olunub.
Qeyd edək ki, AFFA-nın baş katibi, indiki icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 8-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra mediaya digər idman növlərindən olan şəxslərin danışılmış oyunlarda iştirakının müəyyənləşdirildiyini bu formada bildirmişdi:
“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir”.
Onunla bağlı əldə etdiyimiz digər məqam Amil Həmzəyevin Bakıdakı “Fənərbaxça” idman məktəblərinin sahibi olmasıdır. Məhz 2016-cı ilin fevralın 3-də Vergilər Nazirliyinin yaydığı məlumatda Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov, ev 72 D, mənzil 80 ünvanında yerləşən “Fenerbahçe Azərbaycan” MMC-nin qeydiyyata alındığı və onun qanuni təmsilçisinin Amil Həmzəyev olduğu bildirilib. Bu məktəbdə basketbolla yanaşı, futbol və voleybol da fəaliyyət göstərir.
Amil Həmzəyevin Türkiyə klublarından “Fənərbaxça”nın adından istifadə etməsi də təsadüfi deyil. Çünki o, 2008-2009-cu illərdə bu klubun gənclərdən ibarət heyətinə seçilib.
Qeyd edək ki, Amil Həmzəyev Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında basketbolun 3x3 növündə millimizlə qızıl medal qazanıb. O, ölkəmizdə “Gəncə”nin şərəfini qorumazdan öncə Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarında legioner həyatı yaşayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm