Türkiyə vətəndaşlığını qəbul etdi: Rusiya hiddətləndi

Rusiyalı yeddiqat atlet Sofiya Yakuşina, idman karyerasını Türkiyədə davam etdirmək qərarına gəlib və Türkiyə vətəndaşlığını qəbul edib. O, Türkiyə Gənclər və İdman Nazirliyinin dəvət proqramı çərçivəsində 19 yaşında devşirilərək Türkiyə yığmasında çıxış edəcək.
2024-cü ildə Rusiya Atletika Çempionatında gümüş medal qazanan Yakuşinanın bu qərarı Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya tərəfi onun Türkiyəni seçməsini qəbulolunmaz sayaraq, "Yakuşinanı biz yetişdirmişik, təlim və məşq xərclərini Türkiyə ödəməlidir" deyə açıqlama verib.
Bildirilir ki, Rusiyada bəzi hüquqşünaslar məsələni beynəlxalq hüquq çərçivəsində araşdırmağa başlayıblar.