
Ukraynada dövlət çevrilişi real deyil
Yusif Nəzərli
02:30 27.11.2021
İdman
1945
Sadəcə, Zelenski Rusiyaya yaxın qüvvələri neytrallaşdırmağa çalışır
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişinin baş verəcəyi barədə məlumat aldığını bəyan edib. O, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib. V.Zelenski qeyd edib ki, Ukrayna və Rusiyanın bəzi nümayəndələri arasında iş adamı Rinat Axmetovun ölkədə çevrilişdə mümkün iştirakı ilə bağlı müzakirələr barədə məlumat var. "Deyə bilərəm ki, bizdə təkcə kəşfiyyat məlumatları deyil, hətta audio məlumatlar da var.
Ukraynadan olan nümayəndələr Rusiya nümayəndələri ilə Rinat Axmetovun Ukraynada çevrilişdə iştirakı və bunun üçün 1 milyard dollar cəlb etmək məsələsini müzakirə edirlər. Onu Ukrayna dövlətinə qarşı müharibəyə cəlb edirlər. Məncə, buna başlayıb. Lakin bu onun böyük səhvi olacaq, çünki siz öz xalqınıza, Ukrayna xalqının seçdiyi prezidentə qarşı mübarizə apara bilməzsiniz”, - deyə V.Zelenski bildirib. O, Yanukoviç olmadığını, ölkədən qaçmayacağını deyib.

Zelenskinin fikirlərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ukraynada Rusiyanın bir çox sferalarda şəbəkəsi var. Politoloqun sözlərinə görə, V.Zelenski orduda olduğu kimi digər sahələrdə də çalışır ki, Rusiyaya bağlı iş adamlarını, oliqarxları zərərsizləşdirsin və bu istiqamətdə siyasət aparır:
"Təbii ki, bu, Ukraynanın güclənməsinə və separatizmə qarşı Donbasda hərbi əməliyyatlar aparmasında Kiyevin əlini gücləndirir. Amma düşünmürəm ki, Rusiya dekabrın 1-də Renat Axmetovun əli ilə dövlət çevrilişi etsin. Sadəcə bu, Rusiyaya yaxın qüvvələrin neytrallaşdırılmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm