Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi rusiyalı idmançılara sanksiya tələb edir - FOTO
Yusif Nəzərli
13:49 28.02.2022
İdman
736
“Ümumdünya Güləş Birliyi, niyə sən susursan?! Bütün dünya Ukraynanın müdafiəsinə qalxdı. Siz görürsünüz ki, Rusiya Ukrayna ərazisində ukraynalılara qarşı nələr edir! Rusiya aqressordur!”
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynada yaşayan Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov deyib.
Olimpiya mükafatçısı paylaşdığı “Instagram” postunda Rusiya Güləş Federasiyasının və rusiyalı idmançıların cəzalandırılmasını tələb edib:
“Niyə rusiyalı idmançılara və Rusiya Güləş Federasiyasına qarşı hər hansısa sanksiya tətbiq etmirsiniz?! Türkiyədə bizim idmançıların iştirak etməli olduğu reytinq turniri vardı. Ancaq idmançılarımızdan heç kim ora getmədi. Çünki Rusiya Federasiyası xəbərdarlıqsız 24 fevral 2022-ci ildə Ukraynaya hücum etdi və bütün Ukrayna ərazisinə raket zərbələri endirdi!
Bizim məşqlərimizə davam etmək, hazırlaşmaq, turnir və çempionatlarda iştirak etmək imkanlarımız yoxdur! Fevralın 24-dən bəri bomba sığınacaqlarında gizlənən ailələrimiz, Vətənimiz, azadlığımız üçün mübarizə aparırıq! Federasiyamızdan təcavüzkar ölkəyə qarşı sanksiyalar tələb edirik! Zəhmət olmasa bizə kömək edin, Ukraynaya bu müharibəni dayandırmağa kömək edin!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq