Vilayət Eyvazov federasiya prezidenti oldu - FOTO
Yusif Nəzərli
14:06 15.12.2021
İdman
445
Bu gün Azərbaycan Atıcılıq Federasiyasının Hesabat-Seçki konfransı keçirilib.
Oxu.Az-a verilən xəbərə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.
Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Qeyd edək ki, Atıcılıq Federasiyasının əvvəlki prezidenti Vaqif Axundov idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə