
"Zirə"-nin mərhələni keçmə ehtimalı az deyil -Ağa Dadaşzadə
13:53 16.08.2024
İdman
781
UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Zirə" büdcəsini xeyli zənginləşdirib. Xorvatiyanın "Osiyek" klubunu keçən qəsəbə təmsilçisi UEFA-dan yaxşı pul mükafat alacaq. "Qartallar" pley-offa yüksəldikləri üçün təxminən 750 min avro (1 404 750 manat) qazanıblar. Bununla yanaşı, "Zirə" II təsnifat mərhələsində çıxış etdiyi üçün təxminən 350 min avro (655 550 manat), III təsnifat mərhələsinə yüksəldiyi üçün isə daha 550 min avro (1 030 150 manat) qazanmışdı. Komanda Avropa Liqasının I təsnifat mərhələsində oynadığı üçün də 150 min avro (280 950 manat) mükafat almışdı. Hazırda Azərbaycanın Konfrans Liqasındakı yeganə təmsilçisi ümumilikdə cari mövsüm avrokuboklardakı çıxışına görə təxminən 1.8 milyon avro (3 milyon 371 min 400 manat) büdcəsini zənginləşdirib. Kiprdə yerli "Omoniya" və "Zirə" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub. Qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. VAR-da Kristo Tohver, AVAR-da Yonas Yanovits əyləşəcək. Qeyd edək ki, avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.
"Zirə"-nin növbəti rəqibini dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, bu dəfəki oyunda rəqib "Zirə" ilə müqayisədə çox güclüdür:

''Çünki "Omoniya" Kipr təmsilçisidir. Onlar isə Azərbaycan komandalarına qarşı sərt mövqedən çıxış edirlər. Bir sözlə, həmin komanda ilə oynamaq çox çətin olacaq. Sanki onların bir növ bizim komandaya qarşı aqressiyaları var. "Omoniya" bir neçə il öncə "Qarabağ"-la qarşılaşıb. İlk oyunda hesab bərabər idi, digərində isə qalib gəldik. "Zirə"nin də qalib gəlmə şansı var.
Ekspert qeyd edib ki, Rəqib qrup mərhələsində dəfələrlə çıxış edib:
""Zirə" bu oyunda hazırki heyyətlə daha məsuliyyətli olmalıdır. Yaxın günlər ərzində isə çatışmayan nöqsanlar həll olunmalıdır. Ümumi götürsək, "Omoniya"- nın şansı böyükdür. Lakin "Zirə"-nin də mərhələni keçmə ehtimalı az deyil. Çünki artıq "Zirə"-də özünəgüvən və məsuliyyət hissi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə