“Zirə” yoxlama oyununda Ukrayna komandasına uduzdu

"Zirə" qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, “qartallar” Ukraynanın “Aleksandriya” klubu ilə qarşılaşıb.

Türkiyənin Antalya şəhərində baş tutan qarşılaşma Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Zirə"nin qollarını Yeqor Boqomolski ilə Ceyhun Nuriyev vurublar.

Qeyd edək ki, "Zirə" bu gün Çexiyanın "Bohemians" klubu ilə də gücünü sınayacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.