Roma-Katolik Kilsəsinin nümayəndəsi: Azərbaycanda daim dialoq müşahidə etmişəm
08:31 26.05.2025
Aktual
416
"İslamofobiyaya həsr olunmuş üçüncü beynəlxalq konfransdır. Burada alimlər, dini liderlər, siyasətçilər, iqtisadçılar bir araya gəlir. Bu tədbir dünyada dialoqun vacibliyini vurğulamalıdır".
Bunu Sherg.az-a açıqlamasında Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın əhəmiyyətini şərh edərkən bildirib.
V.Fekete onu da əlavə edib ki, insanlar arasında dini ayrı-seçkilik meyllərinin güclənməsi bəşəriyyətə heç bir şəkildə fayda verməyəcək:
"Çünki hər kəs yalnız öz qrupuna qapanır və "mən müsəlmanam və bu pis xristianlarla və ya yəhudilərlə heç bir əlaqə qurmaq istəmirəm" və ya əksinə, "mən yəhudiyəm və heç kimi qəbul etmirəm" deyirsə, bu vəziyyət heç kimə fayda verməyəcək. Bugünkü tədbirdə yalnız müsəlmanlar deyil, həm də xristianlar və yəhudilər iştirak edərək, mövcud çətinliklərin müzakirəsini aparır və təcrübələrini bölüşürlərsə, bu, təkcə məlumatın kifayət etmədiyini, informasiya mübadiləsi və dialoqun əhəmiyyətini göstərən mühüm bir nümunədir.”
O eyni zamanda Azərbaycanda yaşadığı 15 il ərzində burada daim dini liderlər və sadə insanlar arasında dialoqun varlığını müşahidə etdiyini söyləyib:
Vladimir Feketenin sözlərinə görə, qarşılıqlı hörmət və dialoq olduqda, Allah çıxış yolu göstərir, çünki islamofobiyadan əlavə, dünyada antisemitizm və xristianofobiya da mövcuddur:
“Bu onu deməyə əsas verir ki, əgər insanlar bir-birindən qorxmursa, əksinə, qarşılıqlı hörmət və dialoq varsa, Allah bizə çıxış yolu göstərəcək. Konfrans islamofobiyaya həsr olunub, lakin heç kimə sirr deyil ki, dünyada həm də antisemitizm və xristianofobiya mövcuddur. Fransada və digər xristian ölkələrində xristianlara qarşı təzyiqlər müşahidə olunur. Bu baxımdan, əgər biz burada – müsəlmanlar, xristianlar və yəhudilər – bir araya gəlib islamofobiya, antisemitizm və xristianofobiya kimi təzahürləri birlikdə müzakirə edə bilsək, inşallah bu vəziyyətdən bir çıxış yolu tapa bilərik. İnsanlar anlamalıdırlar ki, əgər biz eyni torpaqda bir-birimizə hörmət edə biliriksə, bir-birimizin uğurlarını qiymətləndirə biliriksə, bu, gələcəyə aparan yoldur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya