Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir

20 noyabrdan etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarının Mətbuat xidməti məlumat yayıb.

Qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.

Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılmışdı.

Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.