Bakı metropolitenində intervallar azaldılır

Sabahdan etibarən Bakı metrosunda qatarlararası intervallar azaldılır.

Sherg.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

" Qırmızı xətt üzrə İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək. Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq. Bənövşəyi xətt üzrə isə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur. Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq," - deyə qurumun məlumatında qeyd edilib.