Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində olan 22 ev müəyyən edilib.
Bunu "Report"un əməkdaşının sualına cavabında Xətai rayon prokuroru Sərdar İmanov deyib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin razılığı ilə tikilib:
"Lakin o evlərin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir".