Nikbin PROQNOZ: “Neftin qiyməti qalxacaq”

“Bugünkü hadisələr koronavirusun azalmağa doğru gedəcəyinin anonsudur” 



“Neft erası bitir deyənlərin siyasətdən, iqtisadiyyat, ümumiyyətlə heç nədən başı çıxmır”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 
Ekspert təssüflə bildirib ki, Azərbaycanda hələ də neft erası bitir, bitib və s. yazanlar, çıxış edənlər var: 




“Bunu iddia edənlər özünü güclü siyasətçi, iqtisadçı sayırlar. Bəylər və xanımlar! Neft erası bitmir və bitəcəyinə hələ çox var. Bugünkü hadisələr koronavirusun azalmağa doğru gedəcəyinin anonsudur. Koronavirus xəstəliyi pandemiya statusundan məhrum olmağa başlayan kimi, neftin qiyməti qalxmağa başlayacaq. Unutmayaq ki, dövlətlər, sistemlər, cəmiyyətlər bitər, ancaq təbii sərvətlər bitməz”.