Ev almaq istəyənlərin nəzərinə: Bazardakı son durum açıqlandı

“Hər halda hələ ki, mənzillər tədricən ucuzlaşır”

Pandemiya bir çox sahələrə olduğu kimi, iqtisadiyyata da təsir göstərdi. Artıq əmlak bazarlarında ciddi ucuzlaşma müşahidə olunur. Əvvəlki illərlə müqayisə etdikdə, bu fərqi aydın görmək olur. Necə deyərlər, lap su qiymətinə...
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bu barədə “Sherg.az”a açıqlama verib:



“Pandemiya başlayandan etibarən mənzil bazarında durğunluq yaşandı.  Əlbəttə, beləliklə, qiymətlər də aşağı düşdü. Bu stabilliyin nə vaxtadək davam edəcəyini demək çətindir.
Pandemiyanın hələ nə zaman başa çatacağı və bu dövrdə hansı inzibati qərarların qəbul edilməsi məsələyə təsir edən əsas məqamlardandır. Hər halda hələ ki, mənzillər tədricən ucuzlaşır”.