Tikinti materiallarının qiyməti artıb

Rauf Qarayev: "Hazırda tikilən çoxmənzilli binalarda qiymət artımları müşahidə olunur"

Azərbaycanda tikinti materiallarının qiyməti artıb. Bu qiymət artımı birbaşa həm mənzillərin tikintisinə, həm də təmirinə təsir edir. Qeyd edək ki, bir il bundan əvvəl mənzilin 1 kvadratmetrini ortalama 200-220 manata təmir etmək olurdusa, hazırda bu rəqəm 300 manatı keçib. Ölkəyə xaricdən gələn bütün inşaat materiallarının qiymətlərində artım var. 

Xüsusilə də armatur, taxta və digər inşaat materiallarının qiyməti kəskin bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə istər yerli, istərsə də idxal olunan tikinti materiallarının qiymətində kəskin artımın səbəbləri nədir? Bəs, bu bahalaşma mənzillərin qiymətinə necə təsir göstərəcək? 

Sualımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, hazırda tikilən çoxmənzilli binalarda qiymət artımları müşahidə olunur. Ekspert vurğulayıb ki, uzun illərdir mənzillərin qiymətlərində artımlar müşahidə olunub: 

"Hesab edirəm ki, hazırda baş verən bahalaşma əsasən yeni tikilməkdə olan evlərə təsir edəcək. Bahalaşma hazırda satışda olan evlərin qiymətinə təsir etməyəcək".