Prezidentin köməkçisi AÇIQLADI: İqtisadiyyatda artım olacaq

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Qlobal Bakı Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edib. 

Oxu.Az-ın məlumatına əsasən, Ş.Mövsümov deyib ki, koronavirus pandemiyası dövründə, Azərbaycanın 2020-ci il üzrə Ümumi Daxili Məhsulu 4.2 faiz, ölkəyə gələn turistlərin sayı isə 4 milyon nəfər azalıb. 

O bildirib ki, Azərbaycan pandemiya dövründə ölkə iqtisadiyyatında özəl sektora 2 milyard manat pul ayırıb. 

Şahmar Mövsümov Azərbaycan iqtisadiyyatında artımın proqnozlaşdırıldığını da deyib.