"Brent" neftinin qiyməti aşağı düşüb

Dünya bazarında neftin qiyməti 6-7%-ə kimi aşağı düşüb.
"Report" xəbər verir ki, ticarət məlumatlarına görə, "Brent" markalı neftin qiyməti sentyabrın 24-dən indiyədək ilk dəfə bir barel üçün 77 ABŞ dollarından aşağı olub.
Bakı vaxtı ilə saat 18:36-a olan məlumata görə, “Brent” markalı neftin yanvar fyuçersləri 6,64% ucuzlaşaraq bir barel üçün 76,76 ABŞ dolları olub.
WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 7,44% ucuzlaşaraq 72,56 ABŞ dolları təşkil edib.