İranla Tacikistan arasında ticarət dövriyyəsinin səviyyəsini bir neçə dəfə artırmaq olar 

İranın Tacikistanla ticarət, mədəniyyət və iqtisadiyyat sahələrində çox yaxşı münasibətləri var-gücü ilə davam edəcək.

Trend-in İran Prezident Aparatının informasiya portalına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında Tacikistan prezidenti Emomali Rahmonla görüşündə deyib. Bu barədə Trend məlumat verib.

İ.Rəisinin sözlərinə görə, heç şübhəsiz iqtisadi münasibətlər davam etməlidir. Çünki iki ölkənin ticarət dövriyyəsinin hazırkı səviyyəsi əsla qane etmir. İki ölkə arasında potensialların bərpa olunması ilə ticarət dövriyyəsinin səviyyəsini bir neçə dəfə artırmaq olar.

İran prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı keçirilərkən Tacikistana səfərini xatırladıb və səfər zamanı iki ölkə münasibətlərinin inkişaf etdirilməsinin əsasının qoyulduğunu qeyd edib.

Görüşdə Tacikistan prezidenti Emomali Rahmon da bildirib ki, iki ölkə arasında münasibətlər artıq inkişaf etməyə başlayıb və gələcəkdə ticarət dövriyyəsi bir neçə dəfə artacaq.