Nazir:Ağdam Sənaye Parkında 1 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur” - FOTO

“Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə beş layihəyə baxılır”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, bu layihələr üzrə 1 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.