Benzinin qiyməti ucuzlaşdı


Türkiyə Enerji Neft-Qaz Təchizatı Stansiyaları Birliyi benzinin satış qiymətinin də ucuzlaşdığını açıqlayıb. Birliyin məlumatına görə, dekabrın 1-dən etibarən benzinin satış qiyməti 58 kuruş (Türkiyə qəpiyi) ucuzlaşır. Qiymət endirimi nəticəsində böyük şəhərlərdə - İstanbulda benzinin litri təqribən 9,67 türk lirəsindən 9,09 lirəyə, Ankarada 9,74-dən 9,16-ya, İzmirdə isə 9,76-dan 9,18 lirəyədək ucuzlaşır. Paylayıcı firmalarının təyin etdiyi qiymətlərdəki cüzi fərqlilik rəqabət və sərbəstliyə, həmçinin, şirkətlər və şəhərlər arasında dəyişə bilir.