Azərbaycan nefti bahalaşdı


Azərbaycan neftinin qiyməti artıb.

Oxu.Az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,12 ABŞ dolları və ya 1,56 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 72,86 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.