“Bitkoin” təxminən bir saat ərzində 10 000 dollara qədər ucuzlaşdı


Səhər saatlarında dünyanın ən bahalı kriptovalyutası “Bitkoin”in qiyməti təxminən bir saat ərzində 17 % - 10 000 dollara qədər ucuzlaşıb.

Bu barədə “CoinDesk” portalının məlumatında qeyd edilir.

Kriptovalyutanın qiyməti 42 min dollar olub, lakin sonra o 45 min dollar səviyyəsinə yüksəlib.

Aparıcı kriptovalyutadakı eniş kriptovalyuta bazarlarında geniş yayılmış enmələrə səbəb olub. Belə ki, bəzilərinin dəyəri son 24 saat ərzində 20 %-dən çox ucuzlaşıb.

Qeyd edək ki, “Bitkoin”in ümumi bazar kapitallaşması hazırda 2 trilyon dollar ətrafındadır.

Mənbə: İzvestiya