“Şərq”in əməkdaşları yarmarkada: Satan çox, alan yox... – Bahalaşma!

Dekabrın 2-dən etibarən paytaxt Bakıda Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü günü münasibətilə bayram yarmarkaları təşkil olunur.  Bu bazarlar əsasən metro stansiyalarının yaxınlığında fəaliyyət göstərir. 

Çadırlarda Yeni İl hədiyyələri və meyvə-tərəvəz məhsulları bazarlanır. 

Yarmarkaların təşkil edilməsində əsas məqsəd bazar qiymətlərinə nisbətən ucuz məhsullar təqdim etməkdir.Yarmarka çadırları dekabrın 31-nə kimi fəaliyyət göstərəcək. 

“Sherg.az”ın əməkdaşları metronun “Koroğlu” stansiyası yaxınlğında açılan yarmarkasındakı qiymətlərlə tanış olublar.

Burada şam ağaclarının qiymətləri uzunluğuna görə dəyişir. Qiymətlər 5 manatdan 90 manata qədər dəyişir.

 Burada Yeni İl bəzəklərindən olan zərlərin qiyməti 40 qəpikdən 2 manat 50 qəpiyə qədər təklif olunur. 

Rəngli işıqların qiyməti isə 1 manat 30 qəpiklə 10 manat arasında dəyişir.

Şaxta babanın qiyməti 3 manat 50 qəpikdən 25 manata qədərdir. 

Şam ağacının üzərini bəzəmək üçün satılan oyuncaqlar böyüklüyünə və sayına görə fərqli qiymətə satılır. 

Yarmarkanın satıcısı Rahim Baxışovun bildirdiyinə görə, bu il bazarda insanların alıcılıq qabiliyyəti zəifləyib: 

 “Öncə, qeyd edim ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilir, bütün metroların çıxışlarında var.

Bu il ümumi bazarda alıcı qüvvəsi keçən illərə nisbətən azdır. Gələn alıcılar da əsasən oyuncaqlara maraq göstərirlər. 

Qiymətlərə gəlincə isə ötənilki qiymətlərlə builki qiymətlər, demək olar, eynidir. Yalnızca təzə gələn mallarda qiymət cüzi olaraq bahadır. 

Bu malların da qiymətindəki dəyişiklik əldə etdiyimiz satış məntəqələrindən asılıdır”.

Xanlar ƏLİBƏY, Günəş MƏRD