“Tarif Şurası istəsə, benzinin qiymətində endirim edə bilər”

Azərbaycan neftinin qiyməti 95 ABŞ dolları həddini keçib. Belə ki , “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,42 ABŞ dollar və ya 1,51 faiz artıb.Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 95,07 ABŞ dolları təşkil edib.Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

İqtisadçı- ekspert Natiq Cəfərli bu barədə “sherg.az”a danışarkən bildirib ki, bizdə neftin qiyməti artıqda digər sahələrdə ucuzlaşma olmur:

“Ölkəmizdə daxili yanacaq qiymətləri Dövlət Tarif Şurası tərəfindən tənzimlənir. Mövcud stiuasiyada Şura istəsə, benzin  qiymətlərində hansısa azaltma edə bilər”. Ekspertin sözlərinə görə,Tarif Şurası indi də dünayada neftin qiymətinin bahalaşmasını bəhanə edib bu addımı atmayacaq.