Deputat problem sadalayır, ekspert çıxış yolu göstərir

Aprelin 12-də Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclas zamanı millət vəkili Fazil Mustafa əhalini narazı salan məmurlardan söz açıb. Parlamentari vurğulayıb ki, artıq vətəndaşlar bankdan deyil, deputatlardan borc  istəyir, məşğulluğa yox,deputata üz tuturlar: “Rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər”.

Məsələ ilə bağlı İqtisadçı Xalid Kərimli  “Sherg.az”a danışıb: 

“Banklar  vətəndaşlara kredit  vermək istəyir. Ancaq bunun üçün girov təminatı şərtini qoyur. Çünki müştərinin həmin borcu qaytaracağına əmin deyil. Banklara müştərilərinin rəsmi gəlir yerləri maraqlıdır”.

Onun sözlərinə görə,vətəndaşlar bankların şərtlərinə uyğunlaşa bilmədiklərinə görə deputatlara,o cümlədən də, sələmçilərə üz tuturlar:
 “Sələmçi həmin məbləği onlara daha baha versə də, adamlar bu üsuldan məcbur olduğu üçün istifadə edirlər. Əhalinin belə çətin durumlar qarşısında qalmaması üçün dövlət tərəfindən verilən sosial yardımlar artırılmalıdır".