Son bir ayda ərzaq məhsullarının qiymətləri belə dəyişib – SİYAHI+ FOTO 

Xəzər TV-də yayımlanan "Xəbər ertəsi" verilişində son bir ay üçün ərzaq məhsullarının əvvəlki və indiki qiymətləri müqayisə edilib. 

“Sherg.az”ın xəbərinə görə, məlum olub ki, kərə yağının bir kiloqramı 16 manatdan 20 manata, makaronun 500 qramı 90 qəpikdən 1.40 AZN-a , kartofun bir kiloqramı 90 qəpikdən 1.40 AZN-a, soğanın bir kiloqramı 50 qəpikdən 1.15 AZN-a , unun bir kiloqramı 2 AZN-dan 2. 70 AZN-a, qarğıdalı yağının 1 litri 5.60 AZN-dan 6.70 AZN-a , günəbaxan yağı 4.20 AZN-dan 4 .90 AZN- a , toyuq əti 5AZN-dan 5.70 AZN-a, mal ətinin bir kiloqramı isə 11.50 AZN-dan 12 AZN-a qədər yüksəlib .  Pendir , çay kimi məhsullarda qiymət artımı müşahidə olunmayıb. Müqayisə edilən qiymətlər qrafik şəklində göstərilib.