Bədbin proqnoz!- “Buğda və unun qiyməti bahalaşacaq”

Qlobal inflyasiya prosesləri Azərbaycan daxilində də izlənib. Bu barədə Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da qeyd olunub. İnflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub. Ərzaq məhsulları üzrə 18,4 faiz bahalaşma qeydə alınıb.

Xatıraladaq ki, unun kisəsi 36 manatdan 40.05 manata, yumurta 12-dən 17 qəpiyə, möcüzə yağı (əslində palma artığıdır, yağ deyil) 1.10-dan 1.50 manata yüksəlib. 

Bahalaşmanın real səbəbləri barədə “Sherg.az”a danışan iqtisadçı- ekspert Eyyub Kərimlinin sözlərinə görə, hazırda dünyada baş verən həm iqtisadi, həm də siyasi proseslər onu deməyə əsas verir ki, inflyasiya əsasən də ərzaq inflyasiyası davam edəcək:

“Fikrimcə,  gələcəkdə, əsasən, buğda və unun qiymətində artım görəcəyik. Digər ərzaqların meyvə-tərəvəzlərin, yağların qiymətində də artım gözləniləndir”.

Ekspertin qənaətincə indiki qiymət indeksi son otuz  ilin rekordlarından artıqdır:

“Çünki  indi müşahidə edən qiymət artımı bəzi məhsullar üzrə ötən illə müqayisədə hətta qırx faizdən çoxdur. İndi dünyada gedən logistik əlaqələrin qırılması, əsasən də, Rusiya, Qazaxıstan və digər ölkələr tərəfindən buğda ixracına qoyulan məhdudiyyətlər düşünməyə əsas verir ki, növbəti aylarda da ərzaq məhsullarının qiymət artımının təsirlərinə məruz qalacağıq”.