Bitkoin ilin əvvəlindən 26% bahalaşıb


Bitkoinin dəyəri son iki ayda ilk dəfə 20 min dolları ötüb.

Yanvarın 14-ü şənbə günü ən məşhur kriptovalyuta 4,6% bahalaşaraq 20 853 dollara ticarət olunub.

Eyni zamanda, Bitkoin yanvarın 1-dəki illik minimum olan 16 496 dollardan bugünədək 26,4% bahalaşıb.

Bununla yanaşı, ilin əvvəlindən Etherium, Cardano və Dogecoin kimi digər rəqəmsal pullar da 9,7% dəyər qazanıb.

Qeyd edək ki, kriptovalyuta bazarının ümumi kapitallaşması noyabrın əvvəlindən bəri ilk dəfə olaraq 1 trilyon dolları ötüb.