Lobyanın qiyməti “ceyran belində”: 8 manat - FOTO

Bazarda lobyanın qiymətinin həddən artıq baha olması diqqət çəkir. Sözügedən məhsulun bir kiloluq dəyəri 7-8 manat arasında dəyişir.
Müşahidə olunan bu bahalaşma əhalinin narazılığına səbəb olur. Bu məhsulun dəyərinin kəskin bahalşamasına etiraz edir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, mövzu ilə bağlı araşdırma etməsə də, bu qiymət artımının səbəblərinin təxmini nə olduğunu bilir:

“Bu mövzu ilə bağlı araşdırmam olmayıb. Hər halda mövsümlə əlaqədardır. Ola bilər ki, məhsul bazarına təklif az olduğu üçün qiymətlər hazırda bahadır”.