Taksi qiymətləri KƏSKİN ARTDI! – NİYƏ?


"Taksi qiymətlərinin qalxması tıxaclarla əlaqəlidir". 
Bunu "Sherg.az"a iqtisadçı Eldəniz Əmirov son günlər taksi xidmətinin qiymətlərindəki artımdan danışarkən deyib. Onun sözlərinə görə, tıxacın  da səbəbi "Formula-1" yarışlarıdır:

"Taksi xidmətlərinin qiymətlərindəki artım müvəqqəti xarakter daşıyır. Oyun bitdikdən sonra qiymətlər yenidən qismən də olsa, bərpa ediləcək. Əvvəlki vəziyyətinə düşəcək. Çünki taksi fəaliyyəti Azərbaycanda rəqabət mühitinin yüksək olduğu ən birinci sahələrdəndir".
Qeyd edək ki, son günlər taksi xidmətinin qiymətləri artıb.
Bunu həm sürücülər, həm də sərnişinlər təsdiq ediblər. Səbəbi “Formula-1” yarışlarının keçirildiyi mərkəzi yolların bağlı olması ilə əlaqələndirirlər.