"Karqo şirkətlərinin bağlanmasına səbəb ölkədəki oyun qaydalarıdır".
Bu sözləri "Sherg.az"a iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərin ə görə, karqo şirkətlərinin əsas müştərisi Trendyol idi:
"Vətəndaşların sifariş etdiyi məhsulların çatdırılması prosesini həyata keçirirdilər. Belə anlaşılır ki, bu sahədə də ciddi inhisarçılıq olacaq. Seçim imkanlarının məhdud olması nəticəsində də karqolar böyük şirkətlərlə rəqabət apara bilmir. Nəticədə ard-arda bağlanır. Təəssüfedici haldır. Rəqabət olmadıqca, karqo şirkətləri azaldıqca qiymətlər də yüksələcək".
Qeyd edək ki, bir çox karqo şirkəti fəaliyyətlərini dayandırırlar. Bu da vətəndaşların seçim imkanının azalmasına gətirib, çıxaracaq.