2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobil ixrac edib.
Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb. Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir.
2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5% Azərbaycanın payına düşüb.
Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, Gürcüstandan Azərbaycana avtomobillərin ixrac olunması qiymətlərlə bağlı olan bir nüansdır:
"Bu avtomobillər də tranzit qiymətləmdirilməsinə görə rekord səviyyədədir. Yəni, həmin maşınlar tranzit haqqlarına uyğun olaraq ölkə ərazisinə gəlir. Birbaşa Gürcüstan istehsalı olan və yaxud uzun illərdir ki, burada qeydiyyatda olmuş avtomobillər deyil. Onu da etiraf etməliyik ki, Gürcüstanda digər ölkələrlə müqayisədə nəqliyyat vasitəsi almaq daha ucuz qiymətə başa gəlir. Buna səbəb Rusiyada gedən müharibə və Türkiyədə qeydiyyat prossesinin baha olması ilə əlaqədardır. Azərbaycanda isə qonşu dövlətlərin idxalı hesabına həyata keçirilir".