"İqtisadi nəzəriyyəyə görə nə qədər çox pul dövriyyədə olursa, o qədərdə onun infiliyasiya gözləntiləri artır"
Bu günə Azərbaycanda pul bazası 20 milyard 271,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,9 % azdır.
Bununla belə, ölkədə pul bazası son 1 ildə 20,1 % artıb.
Ölkənin pul bazasında olan vəziyyəti "Sherg.az" üçün dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, pul bazası dedikdə dövriyyədə olan pul həcminin nəzərdə tutulur:
"Bunun ay ərzində 2-3% civarında artması və ya azalması o qədər də ciddi məsələ deyil. Yanvar ayında büdcə xərcləmələri hələ tam açılmadığı üçün pul bazası nisbətən zəifləyə bilər. Sonrakı aylarda isə vəziyyət düzəlir. Amma il ərzində pul bazasının 20% -ə yaxın artması, nəğd pula tələbatın artdığı deməkdir. Bu da öz növbəsində infiliyasiyaya səbəb olan məsələlərdən biridir. Belə ki, iqtisadi nəzəriyyəyə görə nə qədər çox pul dövriyyədə olursa, o qədərdə onun infiliyasiya gözləntiləri artır".